“Semaşko”nun travmatoloqu sükan arxasında vəfat edib

“Semaşko”nun travmatoloqu sükan arxasında vəfat edib Hadisə ötən gecə Bakı şəhərində baş verib
Sağlamlıq
123
12 İyun , 2017 09:50
“Semaşko”nun travmatoloqu sükan arxasında vəfat edib

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanda həkim sükan arxasında vəfat edib.

“Report”un xəbərinə görə, hadisə ötən gecə Bakı şəhərində baş verib.

Belə ki, 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) travmatoloqu, Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi və ATU-nun İkinci Müalicə-profilaktika fakültəsinin qrup Həmkarlar İttifaqının sədri, 50 yaşlı Fikrət Vəliyev avtomobilini idarə edərkən qəfil qıcolma keçirib. O, avtomobilində dünyasını dəyişib. F.Vəliyevin ölümünün dəqiq səbəblərinin öyrənilməsi üçün meyiti ekspertlər tərəfindən müayinə olunub.

Son xəbərlər

Orphus sistemi