"Semaşko"nun 6 şöbəsi COVID-19-a görə bağlanıb

"Semaşko"nun 6 şöbəsi COVID-19-a görə bağlanıb 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") 6 şöbəsi koronavirusla mübarizə səbəbindən bağlanıb
Sağlamlıq
23 Avqust , 2021 16:37
Semaşkonun 6 şöbəsi COVID-19-a görə bağlanıb

1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") 6 şöbəsi koronavirusla mübarizə səbəbindən bağlanıb.

KTM-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, mərkəz avqustun 19-dan COVID-19 xəstəxanası kimi fəaliyyət göstərir:

"Mərkəzdə doğum-ginekologiya şöbəsi tamamilə bağlanıb. Kardiologiya, nevrologiya, terapiya şöbəsi, ümumi reanimasiya, intensivterapiya şöbəsi də koronavirusla mübarizə səbəbindən bağlanıb.

Hazırda mərkəzdə hemodializ xəstələrinə xidmət göstərilir, toksikoloji xəstələr və yaralanmalar, travmalarla bağlı təxirəsalınmaz əməliyyatlar yerinə yetirilir".

Qeyd edək ki, Qaynarinfo.az saytı "Semaşko"nun koronavirusa görə bağlanması barədə məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi