Şəkidə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Şəkidə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etdiyi müəyyən edilib.
Sağlamlıq
3 Dekabr , 2020 13:53
Şəkidə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
0 : 00
0 : 00


Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etdiyi müəyyən edilib.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, koronavirus infeksiyasının daşıyıcısı olan şəhər sakini Səbuhi Əlizadəyə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadığı ünvanı tərk edib. O, şəhər ərazisində hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılıb və dərhal yaşadığı ünvana geri qaytarılıb.

Həmin şəxs barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi