Şəkidə şirniyyat istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Şəkidə şirniyyat istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb Şəkidə şirniyyat istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb.
Sağlamlıq
16 Mart , 2023 17:10
Şəkidə şirniyyat istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Şəkidə şirniyyat istehsalı müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi aşkarlanıb.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Belə ki, Şəki şəhəri, M.F.Axundov küçəsində fəaliyyət göstərən fiziki şəxs Rüstəmli Toğrul Siracəddin oğluna məxsus şirniyyat istehsalı müəssisəsində agentlik əməkdaşları planlı yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçinin tibbi müayinədən keçmədiyi müəyyən olunub.

Aşkarlanan faktlarla bağlı qanunvericiliyə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi