Azərbaycanda səhiyyə xərclərinin artma səbəbi məlum olub

Azərbaycanda səhiyyə xərclərinin artma səbəbi məlum olub Bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib
Sağlamlıq
233
24 May , 2021 11:14
Azərbaycanda səhiyyə xərclərinin artma səbəbi məlum olub

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılan 75 milyon manat vəsait də nəzərə alınmaqla ötən il səhiyyə xərclərinə dövlət büdcəsi xərclərinin 6,7 %-i həcmində (2019-cu illə müqayisədə 2,8 faiz-bənd çox) və ya 1762,6 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu illə müqayisədə 814,4 milyon manat və ya 85,9 % çoxdur.

“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.

Layihədə qeyd edilib ki, artımın əsas səbəbi hesabat ilindən ölkənin inzibati ərazi vahidləri üzrə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi və yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə və profilaktik tədbirlərin həyata keçirilməsi ilə bağlı bir sıra zəruri xərclərin maliyyə təminatı üçün tələb olunan vəsaitin artırılması ilə əlaqədardır.

Son 5 ildə (2016-2021-ci illər) səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2,4 faiz-bənd, natural ifadədə isə 985,1 milyon manat və ya 2,4 dəfə artıb.

Funksional təsniata uyğun olaraq (dövlət əsaslı vəsait qoyuluşundan ayrılmış vəsait istisna olmaqla) səhiyyə xərcləri (cari) üzrə istifadə olunmuş vəsaiitin 1533,9 milyon manatı və ya 90,9 %-i səhiyyə sahəsində digər xidmətlərə (ölkə ərazisində icbari tibbi sığortanın tətbiqi və COVID-19 pandemiyası ilə mübarizə və proilaktik tədbirlərin həyata keçirilməsi (2019-cu illə müqayisədə 1015,0 milyon manat və ya 3 dəfə çox), 151,4 miylon manatı və ya 9 faizi xəstəxanaların saxlanılmasına, 1,8 milyon manatı və ya 0,1 %-i səhiyyə sahəsində tətbiqi tədqiqatlar üzrə xərclərə, 0,6 milyon manatı poliklinikaların və ambulatoriyaların saxlanılmasına yönəldilib.

Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığorta ilə bağlı tədbirlərin icrasının davamı olaraq icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə 2020-ci ilin dövlət büdcəsinin “səhiyyə” bölməsi üzrə nəzərdə tutulan vəsaitdən İcbari Tibbi Sığorta üzrə dövlət Agentliyinə 950,0 milyon manat vəsait ayrılıb.

Ötən il səhiyyə xərcləri büdcəsindən stasionar və ambulator tibb müəssisələrinə imtiyazlı xəstələrin dərman preparatları ilə təminatı üçün 68,7 milyon manat vəsait sərf edilib.

Son xəbərlər

Orphus sistemi