Səhiyyə Nazirliyi şöbə müdirinin işdən çıxarılması barədə məlumatlara münasibət bildirib

Səhiyyə Nazirliyi şöbə müdirinin işdən çıxarılması barədə məlumatlara münasibət bildirib Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun işdən çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.
Sağlamlıq
2 Noyabr , 2019 17:55
Səhiyyə Nazirliyi şöbə müdirinin işdən çıxarılması barədə məlumatlara münasibət bildirib

Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun işdən çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Pərviz Əbubəkirov "Report"a bildirib ki, G.Poladovun işdən azad olunması xəbəri həqiqəti əks etdirmir. 

"Bəzi kütləvi informasiya vasitələrində Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun işdən çıxarılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil", - deyə P.Əbubəkirov bildirib.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində G.Poladovun Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri vəzifəsindən azad olunması ilə bağlı xəbərlər yayılıb.

Son xəbərlər

Orphus sistemi