Azərbaycanın Səhiyyə Nazirliyində yeni təyinat olub

Azərbaycanın Səhiyyə Nazirliyində yeni təyinat olub Mətbuat xidmətinin rəhbəri vəzifəsinə Liya Bayramova təyin edilib
Sağlamlıq
6 May , 2015 09:05
Azərbaycanın Səhiyyə Nazirliyində yeni təyinat olub

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

A.Qədirlinin Səhiyyə Nazirliyində başqa bir vəzifəyə təyin ediləcəyi gözlənilir.

Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə mətbuat xidmətinin rəhbəri vəzifəsinə Liya Bayramova təyin olunub.

Qeyd edək ki, L. Bayramova bundan əvvəl "Zerkalo" qəzetində şöbə müdiri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi