Pfizer şirkəti ilə Azərbaycan Səhiyyə Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Pfizer şirkəti ilə Azərbaycan Səhiyyə Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib Səhiyyə nazirliyində Pfizer şirkətinin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə rəhbəri Dmitriy Kozenkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Sağlamlıq
17 İyul , 2023 12:13
Pfizer şirkəti ilə Azərbaycan Səhiyyə Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Səhiyyə Nazirliyində Pfizer şirkətinin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə rəhbəri Dmitriy Kozenkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Azərbaycan Səhiyyə Nazirliyindən "Report"a bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev qeyd edib ki, koronavirus pandemiyasının ən sərt vaxtlarında ölkəmizdə 4 tanınmış vaksin şirkətlərinin peyvəndləri tətbiq olunub. Bunlardan biri də məhz “Pfizer-BioNTech” şirkətinin istehsal etdiyi peyvənd olub. Vurğulanıb ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Pfizer-BioNTech vaksinini təcili istifadə üçün təsdiqlənən vasitələr reyestrinə daxil edib. Teymur Musayev, həmçinin, ölkə əhalisinin sağlamlığı üçün əhəmiyyətli olan digər vaksinlərin də Azərbaycanda tətbiqi məsələlərinin müzakirəsinə də Səhiyyə Nazirliyinin hazır olduğunu bildirib.

Öz növbəsində, Pfizer şirkətinin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə rəhbəri Dmitriy Kozenkov bildirib ki, Azərbaycan COVID-19 pandemiyanın başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələrdəndir. Belə ki, Azərbaycan Hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirdi.

Görüşdə Pfizer şirkəti ilə Səhiyyə Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb və elmi-tibbi aspektlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi