Səhiyyə Nazirliyində korrupsiyaya qarşı mübarizə planı müzakirə olunub

Səhiyyə Nazirliyində korrupsiyaya qarşı mübarizə planı müzakirə olunub Plandan irəli gələn bir sıra məsələlərin həlli barədə məlumatların vaxtında hesabat xarakterli toplanması tapşırılıb
Sağlamlıq
30 Mart , 2017 09:36
Səhiyyə Nazirliyində korrupsiyaya qarşı mübarizə planı müzakirə olunub
Report

Bakı. 30 mart. REPORT.AZ/ Səhiyyə Nazirliyinin bu il üçün iş planını müzakirə etmək məqsədi ilə toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tədbirə Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva sədrlik edib.

Nazirliyin şöbə və sektor rəhbərlərinin iştirak etdiyi toplantıda korrupsiyaya qarşı mübarizə, açıq hökumətin təşviqi məsələlərinə dair şöbələr üzrə görülən və rüblər üzrə nəzərdə tutulan tədbirlər müzakirə edilib.

Sonda toplantı iştirakçılarına müvafiq tapşırıq və tövsiyələr verilib, plandan irəli gələn bir sıra məsələlərin həlli barədə məlumatların vaxtında hesabat xarakterli toplanması tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi