Səhiyyə Nazirliyində işləyənlərdən icbari tibbi sığorta haqqı tutulacaq

Səhiyyə Nazirliyində işləyənlərdən icbari tibbi sığorta haqqı tutulacaq Səhiyyə Nazirliyində işləyənlərin vəzifə maaşına əlavənin hesablanması qaydasına dəyişiklik edilib
Sağlamlıq
7 İyun , 2021 15:51
Səhiyyə Nazirliyində işləyənlərdən icbari tibbi sığorta haqqı tutulacaq

Səhiyyə Nazirliyində işləyənlərin vəzifə maaşına əlavənin hesablanması qaydasına dəyişiklik edilib.

“Report”un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasənAzərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”na dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərarla qaydanın 3.4-cü bəndi yeni redaksiyada verilir.

Yeni redaksiyaya əsasən, aylıq vəzifə maaşına əlavədən qanunla müəyyən edilmiş qaydada vergi, məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı tutulur.

Qaydanın hazırkı varinatı isə belədir: “Aylıq vəzifə maaşına əlavəyə gəlir vergisi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna ayırmalar müvafiq qanunvericiliyə uyğun olaraq tətbiq edilir”.

Son xəbərlər

Orphus sistemi