Səhiyyə Nazirliyi rezidenturaya qəbul olan şəxslərə müraciət edib

Səhiyyə Nazirliyi rezidenturaya qəbul olan şəxslərə müraciət edib Rezidentlər müvafiq sənədləri avqustun 15-dək aidiyyəti quruma verməlidirlər
Sağlamlıq
8 Avqust , 2016 13:04
Səhiyyə Nazirliyi rezidenturaya qəbul olan şəxslərə müraciət edib

Bakı. 8 avqust. REPORT.AZ/ Səhiyyə Nazirliyi 2016/2017-ci tədris ili üçün rezidenturaya qəbul olan şəxslərə müraciət edib.

Nazirlikdən “Report”a verilən xəbərə görə, rezidentlərin iş nömrəsini, şəxsiyyət vəsiqəsi və onun surəti, eləcə də ali tibb təhsili haqqında diplom və onun surətini sabahdan etibarən avqustun 15-dək (beş iş günü ərzində) quruma (akad. M.Mirqasımov küç., 1A) təqdim etməklə Səhiyyə Nazirliyi ilə “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqaviləni bağladıqdan sonra qeydiyyatdan keçmələri mütləqdir.

Rezidenturaya qəbul olan şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək. Qeydiyyatdan keçmənin səmərəli təşkili üçün rezidenturaya qəbul olmuş şəxslərdən məhz ixtisasa ayrılmış gündə və saatda müraciət etmələri xahiş olunur. 

Qeydiyyatdan keçmə (ixtisaslar üzrə) aşağıda göstərilən qrafik üzrə aparılacaq.

Tarix Saat İxtisas
9 avqust 10.00-13:00 Anesteziologiya-reanimatologiya
13.00-15:00 Ümumi cərrahiyyə
15:00-16:00 Travmatologiya-ortopediya
10 avqust 10.00-13:00 Mamalıq-ginekologiya
10.00-13:00 Ürək-damar cərrahiyyəsi
13.00-16:00 Pediatriya
11 avqust 10.00-13:00 Terapiya
13.00-15:00 Şüa diaqnostikası
15:00-16:00 Laboratoriya işi
15:00-16:00 Dermatovenerologiya
12 avqust 10.00-11:00 Psixiatriya
11.00-12:00 Stomatologiya
12:00-13:00 Mikrobiologiya
12:00-13:00 Allerqologiya
13:00-14:00 Nevrologiya
13:00-14:00 Neyrocərrahiyyə
15:00-16:00 Kardiologiya
15:00-16:00 Nefrologiya
15 avqust 10.00-11:00 Oftalmologiya
10.00-11:00 Gigiyena
11.00-12:00 Ftiziatriya
11.00-12:00 Sosial gigiyena və səhiyyənin təşkili
12.00-13:00 Yoluxucu xəstəliklər
12.00-13:00 Epidemiologiya
13.00-14:00 Fizioterapiya və tibbi bərpa
13.00-14:00 Onkologiya
14.00-15:00 Otorinolarinqologiya
15.00-16:00 Endokrinologiya
15.00-16:00 Qastroenterologiya
15.00-16:00 Hematologiya
15.00-16:00 Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza
15.00-16:00 Uşaq cərrahiyyəsi
15.00-16:00 Urologiya
15.00-16:00 Narkologiya
15.00-16:00 Revmatologiya
15.00-16:00 İmmunologiya
15.00-16:00 Şüa terapiyası
15.00-16:00 Üz-çənə cərrahiyyəsi
15.00-16:00 Plastik cərrahiyyə

Son xəbərlər

Orphus sistemi