Səhiyyə Nazirliyi rəsmisindən həkimlərlə bağlı açıqlama

Səhiyyə Nazirliyi rəsmisindən həkimlərlə bağlı açıqlama “Azərbaycanda bütün səhiyyə işçiləri mövcud vəziyyətə uyğun işlərini qururlar. Əvvəlki aylarda karantin rejimi və indiki vəziyyəti də görürük. Hesab edirəm ki, səhiyyə sistemimiz yoluxma sayının dəfələrlə artmasına baxmayaraq, vəziyyətlə uyğunlaşa və onu idarə edə bilir. İnanıram ki, bu, belə də davam edəcək”.
Sağlamlıq
17 İyun , 2020 17:41
Səhiyyə Nazirliyi rəsmisindən həkimlərlə bağlı açıqlama

“Azərbaycanda bütün səhiyyə işçiləri mövcud vəziyyətə uyğun işlərini qururlar. Əvvəlki aylarda karantin rejimi və indiki vəziyyəti də görürük. Hesab edirəm ki, səhiyyə sistemimiz yoluxma sayının dəfələrlə artmasına baxmayaraq, vəziyyətlə uyğunlaşa və onu idarə edə bilir. İnanıram ki, bu, belə də davam edəcək”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov "Real TV"yə müsahibəsində deyib.

Aparat rəhbəri bildirib ki, səhiyyə və tibb sistemi sovet prinsipi ilə qurulub: “Bu gün də bu sahədə yenilənmə prosesi davam edir. Keçmişi nəzərə alaraq bugünkü tibb personalının peşəkarlığı qənaətbəxş səviyyədədir”. 

Son xəbərlər

Orphus sistemi