Səhiyyə Nazirliyi: Qobustandakı ana ölümü ilə bağlı tibbi ekspertiza aparılır

Səhiyyə Nazirliyi: Qobustandakı ana ölümü ilə bağlı tibbi ekspertiza aparılır “Bu, Günəşova Zümrüd Nəzir qızının dördüncü hamiləliyi olub”
Sağlamlıq
103
18 Oktyabr , 2017 10:57
Səhiyyə Nazirliyi: Qobustandakı ana ölümü ilə bağlı tibbi ekspertiza aparılır
Report

Bakı. 18 oktyabr. REPORT.AZ/ Qobustan rayonunda doğuş zamanı baş vermiş ana ölümü ilə bağlı tibbi ekspertiza aparılır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, bu, 1988-ci il təvəllüdlü Günəşova Zümrüd Nəzir qızının dördüncü hamiləliyi olub: “Bundan əvvəl də həmin qadının bir körpəsi tələf olub. Bu dəfə isə doğuşdan sonra ananın halı anidən pisləşib və aparılan reanimasyon tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Ölümün dəqiq hansı səbəbdən baş verdiyini müəyyən etmək üçün tibbi ekspertiza aparılır. Səbəb məlum olduqdan sonra ətraflı məlumat veriləcək”.

Xatırladaq ki, hadisə Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb. Mərhumun iki qızı olub. Yeni doğulan oğlan isə sağ qalıb.

Son xəbərlər

Orphus sistemi