Səhiyyə Nazirliyi: "Vaxtında peyvənd olunmaq daha məqsədəuyğundur"

Səhiyyə Nazirliyi: "Vaxtında peyvənd olunmaq daha məqsədəuyğundur" “Peyvənd olunmasına olan əks-göstərişlərin bəziləri müvəqqəti xarakter daşıyır. Müəyyən vaxt keçdikdən sonra peyvənd olunması tövsiyə olunur”.
Sağlamlıq
20 Oktyabr , 2021 15:07
Səhiyyə Nazirliyi: Vaxtında peyvənd olunmaq daha məqsədəuyğundur
0 : 00
0 : 00

“Peyvəndə olan əks-göstərişlərin bəziləri müvəqqəti xarakter daşıyır. Müəyyən vaxt keçdikdən sonra peyvənd olunmaq tövsiyə olunur”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, vaxtında peyvənd olunmaq daha məqsədəuyğundur: "Əgər kimsə COVID-19-a yoluxaraq xəstələnib və rəsmi şəkildə qeydiyyata düşübsə, immun sertifikatı alır. İmmun sertifikatının müddətinin uzadılması üçün 6 aydan sonra vaksin olunmalıdır. Əgər bir şəxs yoluxdiqdan sonra peyvənd olunursa, onun immun sistemi daha da güclənir".

Son xəbərlər

Orphus sistemi