Səhiyyə Nazirliyi: Özünü narahat hiss edən şəxslərin poliklinikalara gəlməsinə ehtiyac yoxdur - VİDEO

Səhiyyə Nazirliyi: Özünü narahat hiss edən şəxslərin poliklinikalara gəlməsinə ehtiyac yoxdur - VİDEO
Səhiyyə
1825
30 İyun , 2020 19:01
Səhiyyə Nazirliyi: Özünü narahat hiss edən şəxslərin poliklinikalara gəlməsinə ehtiyac yoxdur - VİDEO

“Biz indiki zamanda tibb işçilərindən çox asılıyıq. İstər təcili yardım işçiləri, istərsə də xəstəxana işçiləri xəstəliklə mübarizə edirlər. Bununla yanaşı, unutmamalıyıq ki, koronavirus infeksiyası ilə yanaşı, digər xəstəliklər də yerində qalır”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Əgər əvvəllər simptomu olanlar təcili yardıma müraciət edirdilərsə, bundan sonra poliklinikalara da müraciət edə bilərlər. Hazırda özünü narahat hiss edən şəxslərin poliklinikalara gəlməsinə ehtiyac yoxdur, telefon vasitəsilə zəng edib səhhətləri barədə məlumat verə bilərlər. Çünki onlar yoluxmuş ola və poliklinikaya gələnə qədər ətrafdakı insanları da yoluxdura bilərlər. Ona görə də həmin şəxslər bununla bağlı sahə həkimləri ilə əlaqə saxlaya bilər. Həmin şəxslərin müayinəsi sahə həkimlərinin nəzarəti altında həyata keçiriləcək”, - o bildirib.

Səhiyyə Nazirliyinin rəsmisi xatırladıb ki, koronavirus yüksək yoluxduruculuq qabiliyyətinə malikdir.