Səhiyyə Nazirliyi ötən gün baş verən zəlzələdə xəsarət alanlarla bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi ötən gün baş verən zəlzələdə xəsarət alanlarla bağlı məlumat yayıb Bakı. 6 iyun. REPORT.AZ/ Səhiyyə Nazirliyi ötən gün Zaqatala rayonu ərazisində baş verən zəlzələdə xəsarət alanlarla bağlı məlumat yayıb.
Sağlamlıq
6 İyun , 2018 10:22
Səhiyyə Nazirliyi ötən gün baş verən zəlzələdə xəsarət alanlarla bağlı məlumat yayıb
Report
0 : 00
0 : 00

Bakı. 6 iyun. REPORT.AZ/ Səhiyyə Nazirliyi ötən gün Zaqatala rayonu ərazisində baş verən zəlzələdə xəsarət alanlarla bağlı məlumat yayıb. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, zəlzələdən sonra insanlar arasında yaranan stress və isteriya səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə ümumilikdə 31 müraciət daxil olub. 

Bildirilib ki, Zaqatala rayonu Göyəm kənd sakini 63 yaşlı Soltan Qandaxov isə zəlzələdən həyəcanlnaraq stress keçirib. Qan təzyiqi yüksələn S.Qandaxov insult keçirərək vəfat edib. Məlumata görə, S.Qandaxov əvvəllər də Zaqatala rayon kardioloji dispanser qeydiyyatında olub. Qax şəhər sakini 13 yaşlı Gülər Durmuşzadə isə zəlzələ anında qaçmaq istəyərkən yıxılıb və ayağı burxulub. Qax MRX-a yerləşdirilən Gülər Durmuşzadəyə lazımi tibbi yardım göstərilib.

Son xəbərlər

Orphus sistemi