Səhiyyə Nazirliyi: İran gəmisində zəhərlənərək gətirilən 5 nəfər xəstəxanadan buraxılıb

Səhiyyə Nazirliyi: İran gəmisində zəhərlənərək gətirilən 5 nəfər xəstəxanadan buraxılıb Bakı. 19 oktyabr. REPORT.AZ/ Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində zəhərlənərək xəstəxanaya gətirilən 5 nəfər artıq buraxılıb.
Sağlamlıq
19 Oktyabr , 2018 15:33
Səhiyyə Nazirliyi: İran gəmisində zəhərlənərək gətirilən 5 nəfər xəstəxanadan buraxılıb
0 : 00
0 : 00

Bakı. 19 oktyabr. REPORT.AZ/ Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində zəhərlənərək xəstəxanaya gətirilən 5 nəfər artıq buraxılıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov “Report”a açıqlamasında bildirib ki, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində 2 nəfərin müalicəsi davam edir və onların vəziyyətləri orta-ağırdır. 

O əlavə edib ki, ölən şəxslərin meyitləri ekspertiza olunması üçün morqdadır. 

Xatırladaq ki, gəmidə zəhərlənən 3 İran vətəndaşı həkim gələnə qədər hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə olub. 

Son xəbərlər

Orphus sistemi