Səhiyyə Nazirliyi Göyçaydakı qəzada xəsarət alanların durumu barədə məlumat yayıb

Səhiyyə Nazirliyi Göyçaydakı qəzada xəsarət alanların durumu barədə məlumat yayıb Səhiyyə Nazirliyi Göyçay rayonunda QAZel markalı yük avtomobili ilə VAZ-2106 markalı minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların durumu barədə məlumat yayıb.
Sağlamlıq
6 Noyabr , 2019 09:43
Səhiyyə Nazirliyi Göyçaydakı qəzada xəsarət alanların durumu barədə məlumat yayıb

Səhiyyə Nazirliyi Göyçay rayonunda "QAZel" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların durumu barədə məlumat yayıb. 

Nazirlikdən "Report"a bildirilib ki, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 kişi Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

"Onlardan 3-nə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. 4-cü şəxs isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər", - nazirlikdən bildirilib.  

Son xəbərlər

Orphus sistemi