Səhiyyə Nazirliyi: Evdə müalicə olunan koronavirus xəstələrinə dərmanlar pulsuz çatdırılır

Səhiyyə Nazirliyi: Evdə müalicə olunan koronavirus xəstələrinə dərmanlar pulsuz çatdırılır “Dərmanların apteklərdə olmaması ilə bağlı demək istəyirəm ki, virus əleyhinə olan dərmanlar ümumiyyətlə ev şəraitində müalicə üçün tövsiyə olunmur. Çünki onlar kifayət qədər yan və toksik təsirlərə malikdir. &Onlarla müalicə ancaq xəstəxana şəraitində ap
Sağlamlıq
10 İyul , 2020 18:13
Səhiyyə Nazirliyi: Evdə müalicə olunan koronavirus xəstələrinə dərmanlar pulsuz çatdırılır

“Dərmanların apteklərdə olmaması ilə bağlı, demək istəyirəm ki, virus əleyhinə olan dərmanlar, ümumiyyətlə, ev şəraitində müalicə üçün tövsiyə olunmur. Çünki onlar kifayət qədər yan və toksik təsirlərə malikdir. Onlarla müalicə ancaq xəstəxana şəraitində aparılmalıdır”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Vitaminlərlə bağlı apteklərdə qıtlığın olduğunu isə düşünmürəm. Əlavə olaraq demək istəyirəm ki, yüngül əlamətləri olan və poliklinikalarda qeydə alınmış şəxslərə dərmanların pulsuz çatdırılması təşkil olunub”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi