Səhiyyə Nazirliyi: Azərbaycanda qış mövsümünə xas kəskin respirator infeksiyaları mövsümü olaraq qeydə alınır

Səhiyyə Nazirliyi: Azərbaycanda qış mövsümünə xas kəskin respirator infeksiyaları mövsümü olaraq qeydə alınır “Xəstələnən uşaqların əksəriyyəti mütəşəkkil kollektivlərə gedən uşaqlardır”
Sağlamlıq
1 Mart , 2018 12:42
Səhiyyə Nazirliyi: Azərbaycanda qış mövsümünə xas kəskin respirator infeksiyaları mövsümü olaraq qeydə alınır
Gigiyena və Epidimiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva / Report

Bakı. 1 mart. REPORT.AZ/ “Azərbaycanda qış mövsümünə xas kəskin respirator infesksiyaları mövsümü olaraq qeydə alınır”.

"Report"un məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidimiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. 

O bildirib ki, təhlilə əsasən 2017-ci ili 2016-cı illə müqayisə edəndə infeksiyaların qeydə alınmasında on faizdən yuxarı azalma müşahidə olunur: “2018-ci ilin iki ayını keçən ilin müvafiq dövrü ilə müqayisə etdikdə azalma müşahidə olunur. Buna baxmayaraq, insanlar arasında xəstəlik halları var. Bəzi hallarda bu xəstəlik uzun müddət, məsələn, 1-2 həftə çəkir. Çünki insanlar vaxtında həkimə müraciət etmir, yataq rejiminə riayət etmir, həkim təyinatı ilə müalicə olunmurlar. İnsan düzgün müalicə olunmayanda xəstəliyin müddəti uzanır və bronxitə, pnevmaniyaya çevrilmə ehtimalı artır”.

A.Əliyeva əlavə edib ki, infeksiyaların uşaqlar arasında da yayılması qeydə alınıb: “Xəstələnən uşaqların əksəriyyəti mütəşəkkil kollektivlərə gedən uşaqlardır. Kollektivə xəstə uşaq gəlirsə, digər uşaqların da yoluxmasına səbəb olur”.

Son xəbərlər

Orphus sistemi