Səhiyyə Nazirliyi: 700-dən çox həkim sertifikasiya imtahanlarından keçməyib

Səhiyyə Nazirliyi: 700-dən çox həkim sertifikasiya imtahanlarından keçməyib Sentyabr ayına qədər keçiriləcək test imtahanlarında iştirak üçün daha 1134 nəfərə yaxın namizəd qeydə alınıb
Sağlamlıq
24 İyun , 2016 14:52
Səhiyyə Nazirliyi: 700-dən çox həkim sertifikasiya imtahanlarından keçməyib

Bakı. 24 iyun. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası sertifikasiya imtahanlarında iştirak üçün 8 069 nəfərə “Buraxılış vərəqəsi” verib.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, onlardan 6 670 nəfəri imtahanlardan uğurla keçiblər. 

Məlumata görə, namizədlərdən 713 nəfəri imtahanlardan keçməyib. 

İmtahanlarda iştirak edənlərin 4 473 nəfəri 50 baldan çox, 1 355 nəfəri 45-50 balı, 842 nəfəri 40-45 bal toplayıb.

Sentyabr ayına qədər keçiriləcək test imtahanlarında iştirak üçün daha 1134 nəfərə yaxın namizəd qeydə alınıb.

Nazirlikdən bildirilib ki, terapiya, pediatriya, stomatologiya, anesteziologiya – reanimatologiya, kardiologiya və laboratoriya ixtisasları, eləcə də orta tibb işçiləri üzrə tibb bacısı, mama və feldşer ixtisasları üzrə mütəxəssislərin sayı ölkədə çoxluq təşkil etdiyindən bu ixtisaslar üzrə test imtahanı və imtahanlarda iştirak edənlərin sayı nisbətən çoxdur.

Son xəbərlər

Orphus sistemi