Səhiyyə nazirinin müavini: "Tibbi vasitələrin risk dərəcəsinə görə bölgüsü aparılacaq"

Səhiyyə nazirinin müavini: "Tibbi vasitələrin risk dərəcəsinə görə bölgüsü aparılacaq" Tibbi vasitələrin sertifikatlaşdırılmasından əvvəl onların risk dərəcəsinə görə bölgüsü aparılacaq.
Sağlamlıq
20 iyun 2023 09:19
Səhiyyə nazirinin müavini: Tibbi vasitələrin risk dərəcəsinə görə bölgüsü aparılacaq

Tibbi vasitələrin sertifikatlaşdırılmasından əvvəl onların risk dərəcəsinə görə bölgüsü aparılacaq.

“Report” xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, beynəlxalq təcrübəyə əsasən insan sağlamlığı üçün yüksək risk dərəcəsi hesab olunan tibb vasitələrinin reyestri aparılmalıdır:

“Qanuna təklif edilən dəyişiklik qəbul olunandan sonra onların riskli, az riskli və yüksək riskli dərəcəsi təyin edilməlidir. Yalnız bundan sonra tibb vasitələrinin sertifikatlaşdırlması aparıla bilər”.

Son xəbərlər

Orphus sistemi