Səhiyyə nazirinin müavini: "Həkimlərin regionlarda qalıb işləməsi üçün əlimizdən gələni edirik"

Səhiyyə nazirinin müavini: "Həkimlərin regionlarda qalıb işləməsi üçün əlimizdən gələni edirik" Hər il noyabr-dekabr aylarında rezidentlərin bölgələrə təyinatı olur. Keçən il rezidentlərin 60 faizi regionlara göndərilib
Sağlamlıq
19 Dekabr , 2019 12:45
Səhiyyə nazirinin müavini: Həkimlərin regionlarda qalıb işləməsi üçün əlimizdən gələni edirik
Rahim Əliyev / Report / Elchin Murad

"Hər il noyabr-dekabr aylarında rezidentlərin bölgələrə təyinatı olur. Keçən il rezidentlərin 60 faizi regionlara göndərilib"

"Report" xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Rahim Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il də 50 faizdən çox rezident təyinatla regionlara göndərilib: "İstər inkişaf etmiş, istərsə də, inkişaf etməmiş ölkələrdə regionlarda həkim qıtlığı dövlətin üzləşdiyi problemidir. Həkimlərin regionlarda qalması üçün əlimizdən gələni edirik. Bir müddət əvvəl stimullaşdırıcı tədbirlər həyata keçirdik. Maaşdan əlavə onlara həvəsləndirici məbləğ verilirdi və evlə təmin olunurdular".

Nazir müavini qeyd edib ki, belə bir proqramın yenidən həyata keçirilməsini gözləyirlər: "Hələ ki, bu tədbirlər təsdiqlənməyib. Bölgələrə təyinat alan rezidentlər 3 il müddətində məcburi olaraq orada fəaliyyət göstərməlidirlər. Kimsə işləyə bilirsə qalır, qalmaq istəməyəni isə məcbur edə bilmərik. Çünki artıq müqaviləsi bitir. Amma yeni rezidentlər həmin bölgələrə göndərilir".

Son xəbərlər

Orphus sistemi