Səhiyyə nazirinin müavini: "Azərbaycanda yaşayan ABŞ vətəndaşları ölkənin səhiyyə xidmətlərindən yararlanırlar"

Səhiyyə nazirinin müavini: "Azərbaycanda yaşayan ABŞ vətəndaşları ölkənin səhiyyə xidmətlərindən yararlanırlar" Bakı. 15 noyabr. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına Azərbaycanda əməliyyat olunmamaları və dərmanlarını özləri ilə gətirmələri ilə bağlı tövsiyələrini mətbuatdan oxudum. Bu, onların öz şəxsi seçimidir.
Sağlamlıq
15 Noyabr , 2017 11:38
Səhiyyə nazirinin müavini: Azərbaycanda yaşayan ABŞ vətəndaşları ölkənin səhiyyə xidmətlərindən yararlanırlar
Report/ Elshan Baba

Bakı. 15 noyabr. REPORT.AZ/ "ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına Azərbaycanda əməliyyat olunmamaları və dərmanlarını özləri ilə gətirmələri ilə bağlı tövsiyələrini mətbuatdan oxudum. Bu, onların öz şəxsi seçimidir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O qeyd edib ki, hər halda Azərbaycanda yaşayan Amerika və digər ölkələrin vətəndaşları məhz ölkənin səhiyyə xidmətlərindən yararlanırlar: "Hazırda Azərbaycanda dünyada icra olunan mürəkkəb əməliyyatlar həyata keçirilir. Həmçinin ölkədə özəl səhiyyə də inkişaf edir. Belə tibb müəssisələrinin də sayı artır".

Nazir müavini qeyd edib ki, bu gün Azərbaycanda özəl fəaliyyətlə məşğul olan 870 səhiyyə ocağı, təxminən 2300-dən çox əczaçılıq müəsisəsi fəaliyyət göstərir: "İstər dövlət, istərsə də özəl müəssisəsi olsun, biz onlar arasında fərq qoymuruq".

Son xəbərlər

Orphus sistemi