Baş nazir Teymur Musayevi kollektivə təqdim edib

Baş nazir Teymur Musayevi kollektivə təqdim edib Baş nazir Teymur Musayevə və nazirliyin kollektivinə qarşıda duran vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb
Sağlamlıq
24 Aprel , 2021 12:40
Baş nazir Teymur Musayevi kollektivə təqdim edib
Teymur Musayev

Baş nazir Əli Əsədov səhiyyə nazirinin birinci müavini Teymur Musayevi Səhiyyə Nazirliyinin kollektivinə təqdim edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, tədbirdə nazirliyin kollegiya üzvləri iştirak ediblər.

Ə.Əsədov çıxış edərək dövlət başçısının aprelin 23-də imzaladığı sərəncamları diqqətə çatdırıb. O, T.Musayevi təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb: "Teymur Musayev bir sıra məsul vəzifələrdə fəaliyyət göstərib. Bu sahədə təcrübə, səriştə və idarəçilik bacarığına malikdir".

Dövlət başçısının müvafiq sərəncamına əsasən, T.Musayevin həmçinin səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edəcəyini vurğulayan Ə.Əsədov onun bu yüksək etimadın öhdəsindən gələcəyinə ümidvar olduğunu bildirib.

Baş nazir qeyd edib ki, nazirlik sistemində, ayrı-ayrı sahələrdə başlanan islahatlar prosesi davam etdirilməlidir.

Ə.Əsədov T.Musayevə və nazirliyin kollektivinə qarşıda duran vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.

Təqdimat mərasimində çıxış edən Teymur Musayev ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu gün bütün sahələrdə gənc, peşəkar, vətənsevər kadrlara etimad göstərilir: "Fəaliyyəti zamanı dövlətçilik, yüksək peşəkarlıq, şəffaflıq və ədalət prinsiplərini daim özünə rəhbər tutacaq".

Sonda T.Musayev nazirliyin kollektivinə uğurlar arzu edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 23-də imzaladığı sərəncama əsasən, Teymur Yusif oğlu Musayev səhiyyə nazirinin birinci müavini təyin edilib və digər sərəncamla səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavininə verilib.

Son xəbərlər

Orphus sistemi