Səhiyyə naziri tibb müəssisələrinin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə əmr imzalayıb

Səhiyyə naziri tibb müəssisələrinin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə əmr imzalayıb Bakı. 26 iyul. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev tibb müəssisələrinin 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə əmr imzalayıb.
Sağlamlıq
26 İyul , 2018 10:07
Səhiyyə naziri tibb müəssisələrinin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə əmr imzalayıb
Səhiyyə naziri Oqtay Şirəliyev / Report
0 : 00
0 : 00

Bakı. 26 iyul. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev tibb müəssisələrinin 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə əmr imzalayıb.

“Report”un xəbərinə görə, bununla bağlı Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisinə, şəhər və rayon səhiyyə idarə və şöbələrinin müdirlərinə, nazirliyin tabeliyində olan müəssisələrin rəhbərlərinə və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə tapşırıq verilib.

Əmrə əsasən, sentyabrın 15-dək payız-qış mövsümü ilə əlaqədar təsərrüfat sahəsində görüləcək işlər müəyyənləşdirilməli, aşkar edilən nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlanaraq cavabdeh şəxslər təyin edilməlidir.

Əmrdə tapşırılır ki, şöbələrdə, kabinetlərdə, təyinatından asılı olmayaraq bütün iş sahələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl edilməli, qeyri-standart və istifadəyə yararsız olan odun və qaz sobalarının, elektrik qızdırıcılarından istifadə qadağan edilməli, tüstü borusunun və bacasının qurumdan təmizlənməsi təmin edilməli, qazanxanada nəzarət-ölçü cihazları yoxlanılmalıdır.

Əmrin icrasına nəzarət Səhiyyə obyektləri şöbəsinin inkişafının planlaşdırma şöbəsinin müdiri Əli Abbasova həvalə edilib. 

Son xəbərlər

Orphus sistemi