Səhiyyə naziri şəkərli diabet xəstələrinə dair sərəncam imzalayıb

Səhiyyə naziri şəkərli diabet xəstələrinə dair sərəncam imzalayıb Bakı. 31 iyul. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev “Şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliyinin artırılması üzrə tədbirlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb.
Sağlamlıq
31 İyul , 2018 16:38
Səhiyyə naziri şəkərli diabet xəstələrinə dair sərəncam imzalayıb
Səhiyyə naziri Oqtay Şirəliyev / Report
0 : 00
0 : 00

Bakı. 31 iyul. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev “Şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliyinin artırılması üzrə tədbirlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb.

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, sərəncamda “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın icrası üzrə Nazirliyin Fəaliyyət Planında göstərilmiş tədbirlərin sürətləndirilməsi məqsədi ilə işçi qrupu yaradılıb.

Sənəddə işçi qrupuna şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səmərəsinin artırılması üzrə tədbirlər planı təsdiq edib. Planın icrası barədə mütəmadi olaraq Səhiyyə Nazirliyinə hesabatın təqdim edilməsi tapşırılır.

Tədbirlər planına diabet əleyhinə dərman vasitələrindən istifadə edən xəstələrin qeydiyyat sisteminin təkmilləşdirilməsi, dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılması, xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması, şəkərli diabetin profilaktikası və müalicə prinsiplərinə dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi daxildir.

Son xəbərlər

Orphus sistemi