Səhiyyə naziri Qusarda vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Qusarda vətəndaşları qəbul edəcək Qəbul Qusar Mərkəzi Rayon Xəstəxanasında olacaq
Sağlamlıq
8 İyun , 2017 20:05
Səhiyyə naziri Qusarda vətəndaşları qəbul edəcək

Bakı. 8 iyun. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev sabah Qusar Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək.

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, nazir Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Qusar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi