Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edəcək

Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edəcək Qəbul Oğuz Mərkəzi Rayon Xəstəxanasında olacaq
Sağlamlıq
17 Sentyabr , 2015 17:28
Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edəcək

Bakı. 17 sentyabr. REPORT.AZ/ Səhiyyə naziri Oqtay Şirəliyev sabah Oğuz Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edəcək. Nazirlikdən "Report"a verilən xəbərə görə, nazir Oğuz sakinləri ilə yanaşı, Qəbələ, Şəki, Zaqatala, Qax və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Oğuz Mərkəzi Rayon Xəstəxanasına müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi