Səhiyyə naziri: "Azərbaycanda 5 yaşadək uşaq ölümü göstəricisi kifayət qədər azalıb"

Səhiyyə naziri: "Azərbaycanda 5 yaşadək uşaq ölümü göstəricisi kifayət qədər azalıb" Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycanda 1000 yeni doğulan körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28-dən 12,8-ə düşüb.
Sağlamlıq
5 İyul , 2018 11:41
Səhiyyə naziri: Azərbaycanda 5 yaşadək uşaq ölümü göstəricisi kifayət qədər azalıb
Report
0 : 00
0 : 00

Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycanda 1000 yeni doğulan körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28-dən 12,8-ə düşüb.

"Report" xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Bakıda keçirilən BMT -nin Dayanıqlı İnkişaf Məqsədlərində səhiyyə islahatları mövzusunda yüksək səviyyəli iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, ölkədə ana ölümü əhəmiyyətli dərəcədə azalıb, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib: "Bu gün əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə yoxsulluğun ləğvinə, əsas sosial problemlərin tam həllinə nail olunub. Bəşəriyyətin gələcəyi naminə Azərbaycan hökuməti bundan sonra da tərəfdaşları ilə əməkdaşlıq edəcək. Əminəm ki, qarşımızda duran bütün məqsədlərə nail olacağıq".

O qeyd edib ki, ÜST-nin Baş direktorunun təşəbbüsü ilə qəbul edilən qətnamələr və aparılan islahatlar səhiyyə sahəsində infeksiyon və qeyri infeksiyon xəstəliklərin qarşısının alınmasına yönəlib: "Son 25 ildə dünyada 5 yaşadək uşaq ölümü yarıya enib, qlobal səviyyədə ana ölümü 2 dəfə azalıb".

O.Şirəliyev deyib ki, Azərbaycanda ifrat yoxsulluq aradan qaldırılıb, mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib".

O.Şirəliyev əlavə edib ki, ÜST Azərbaycana icbari tibbi sığortanın tətbiqi üçün özünün tövsiyəsini verməyi, ekspert yardımı göstərməsini təklif edib.

Son xəbərlər

Orphus sistemi