Səhiyyə naziri: "Azərbaycanda 22 uşağa sümük iliyi köçürülüb"

Səhiyyə naziri: "Azərbaycanda 22 uşağa sümük iliyi köçürülüb" Oqtay Şirəliyev: "391 uşaq kardiocərrahiyyə əməliyyatı olunub, bu da uşaq ölümünün azaldılması deməkdir"
Sağlamlıq
13 Oktyabr , 2015 09:40
Səhiyyə naziri: Azərbaycanda 22 uşağa sümük iliyi köçürülüb

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Azərbaycanda 22 uşağa sümük iliyi köçürülüb". "Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Onun sözlərinə görə, dövlət proqramları çərçivəsində irsi qan xəstəlikləri ilə mübarizədə də böyük nailiyyətlər var: "Respublika Talassemiya Mərkəzinə bu il 15 mindən çox müraciət olub. Hazırda 2500-dən artıq xəstə bu mərkəzdə daimi müalicə alır".

Nazir bildirib ki, ilin əvvəlindən indiyədək 11 nəfərə qaraciyər köçürülüb, 55 xəstəyə endoprotezləşmə əməliyyatı olunub: "Minlərlə xəstəyə, o cümlədən 391 uşaq kardiocərrahiyyə əməliyyatı olunub. Bu isə hər şeydən əlavə, uşaq ölümünün də azaldılması deməkdir".

Son xəbərlər

Orphus sistemi