Bakı. 25 fevral. REPORT.AZ/ "İran Azərbaycanda dərman istehsalı üzrə fabrik də inşa edə bilər".
"Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, belə bir müəssisə Sumqayıt sənaye parkında yaradıla bilər.
Səfir bu istiqamətdə Azərbaycan Prezidentinin İrana səfəri zamanı əldə olunmuş razılaşmalar çərçivəsində danışıqların getdiyini qeyd edib: "İlk mərhələdə İran Azərbaycana lazım olan dərman vasitələrini tədarük edə bilər. İkinci mərhələdə Azərbaycan dərman istehsalı üçün texnologiyalarla təchiz edilə bilər. Üçüncü mərhələdə bilavasitə Azərbaycanda dərman istehsalına başlanıla bilər", - deyə səfir bildirib.
Diplomat qeyd edib ki, birinci və üçüncü mərhələnin həyata keçirilməsi arasında üç il zaman lazım gələ bilər.