COVID-19 müalicə paketi satışa çıxarıldı, TƏBİB açıqlama verdi

COVID-19 müalicə paketi satışa çıxarıldı, TƏBİB açıqlama verdi Sosial şəbəkələrdə koronavirus xəstələri üçün pulsuz ayrılan dərmanların satışa çıxarıldığı ilə bağlı məlumatlar yayılıb.
Sağlamlıq
19 Dekabr , 2020 14:11
COVID-19 müalicə paketi satışa çıxarıldı, TƏBİB açıqlama verdi

Koronavirusa görə evdə müalicə alan vətəndaşlara Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən pulsuz verilməli olan müalicə paketlərinin satışa çıxarıldığı ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

“Report” xəbər verir ki, bununla bağlı fotoları paylaşan sosial şəbəkə istifadəçiləri həmin paketlərin apteklərdə 53 manata təklif edildiyini bildirib.

Məsələ ilə bağlı TƏBİB-dən "Report"a bildirilib ki, həmin paketlər Birliyə məxsus deyil: “TƏBİB yalnız regionlarda evdə müalicə alan xəstələri dərmanlarla təmin edir və həmin dərman paketlərinin hər iki, ön və arxa tərəfində TƏBİB-in loqosu var. Amma satışa çıxarılan paketlərin üzərində TƏBİB-ə aid loqo yoxdur. Hansısa aptek tərəfindən dizayn olunub”.

Son xəbərlər

Orphus sistemi