Şamaxı rayonunda reyd zamanı mənşəyi məlum olmayan ət aşkarlanıb.
Bu barədə "Report"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişlərinin Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə şəhər ərazisində keçirdikləri reyd zamanı Həmzəyev Amil Rüstəm oğluna məxsus 99-RU-232 dövlət qeydiyyat nişanlı, “VAZ-21011” markalı avtomobildə təxmini çəkisi 350-400 kq sümükdən ayrılmış mənşəyi məlum olmayan ət aşkar olunub.
Müayinələrin aparılması üçün ətdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Araşdırmalar davam etdirilir.