Şamaxı rayon Mərkəzi Xəstaxanasına direktor təyin edilib

Şamaxı rayon Mərkəzi Xəstaxanasına direktor təyin edilib TƏBİB idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Ehtiram Feyzullah oğlu Rüstəm-zadə Şamaxı rayon Mərkəzi Xəstaxanasına direktor təyin edilib.
Sağlamlıq
3 Noyabr , 2020 10:51
Şamaxı rayon Mərkəzi Xəstaxanasına direktor təyin edilib

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Ehtiram Feyzullah oğlu Rüstəm-zadə Şamaxı rayon Mərkəzi Xəstaxanasına direktor təyin edilib.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Ehtiram Rüstəm-zadə 1989-1995-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. 1993-1998-ci illərdə Bakı şəhər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasında tibb qardaşı, həkim-pediatr vəzifələrində çalışıb, xəstəxananın intensiv terapiya şöbəsində sağlamlığı kritik vəziyyətdə olan uşaqların müalicəsini həyata keçirib.

1996-1997-ci illərdə Sərhədsiz Həkimlər Təşkilatında İlkin Səhiyyə Xidmətləri Proqramında ümumi həkim kimi iştirak edən Ehtiram Rüstəm-zadə bir çox beynəlxalq tibbi layihələrin təşkilatçısı və rəhbəri də olub.

O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda bir çox vəzifələrdə çalışıb.

Son xəbərlər

Orphus sistemi