Şahmar Mövsümov: "İnsanlar vaksinasiya olunsun, həyatları ilə lotereya oynamasın"

Şahmar Mövsümov: "İnsanlar vaksinasiya olunsun, həyatları ilə lotereya oynamasın" "Mənim anam da, həyat yoldaşım da, qardaşım da vaksinasiya olunub"
Sağlamlıq
586
25 May , 2021 12:42
Şahmar Mövsümov: İnsanlar vaksinasiya olunsun, həyatları ilə lotereya oynamasın
Şahmar Mövsümov

"Mənim anam da, həyat yoldaşım da, qardaşım da vaksinasiya olunub".

“Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində deyib.

"Sosial şəbəkələrdə vaksinlərin əks-təsirləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bəzən sosial şəbəkələrdə qarşılaşırıq ki, hansısa təhülkələr haqqında danışırlar. Bunun heç bir elmi əsası yoxdur, cəfəngiyyatdır. Bizim iki yolumuz var. Ya vaksin vurdurmalıyıq, ya da xəstələnməliyik. Hamını peyvənd olunmağa çağırıram. İnsanlar vaksinasiya olunsunlar, həyatları ilə lotereya oynamasınlar", - o bildirib.

Son xəbərlər

Orphus sistemi