Sabunçuda qeyri-qanuni fəaliyyət göstərən quş əti sexi aşkar edilib - FOTO

Sabunçuda qeyri-qanuni fəaliyyət göstərən quş əti sexi aşkar edilib - FOTO Reyd zamanı həyətdə olan soyuducuda təqribən 1 tona yaxın quş əti və 4 tona yaxın ətdən ayrılan quş sümükləri aşkar edilib
Sağlamlıq
12 May , 2015 16:05
Sabunçuda qeyri-qanuni fəaliyyət göstərən quş əti sexi aşkar edilib - FOTO

Bakı. 12 may. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Bakı şəhər Baytarlıq İdarəsi keçirdiyi reyd zamanı Sabunçu rayonu Ramana sovxozu ərazisində yerləşən Vüsal Vahid oğlu Abdullayevə məxsus həyətdə quş əti hissələrinin çeşidlənmə sexi aşkar edilib. Bu barədə "Report"a DBNX-nin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

Aparılan araşdırma zamanı obyektin qeyri-qanuni fəaliyyət göstərdiyi və quş ətinin çeşidlənərək emal olunduğu müəyyən edilib. Eləcə də araşdırma zamanı sexin qeydiyyatı və emal edilən quş ətinin mənşəyinə dair heç bir sənəd təqdim edilməyib.

Reyd zamanı həyətdə olan soyuducuda təqribən 1 tona yaxın quş əti və 4 tona yaxın ətdən ayrılan quş sümükləri (40-50 kisə) aşkar edilib. Qanunvericiliyə uyğun olaraq sexin fəaliyyəti dayandırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bu istiqamətdə reydlərini mütəmadi davam etdirməyi nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi