Sabah şəhərin mərkəzi küçələrində dezinfeksiya işləri aparılacaq

Sabah şəhərin mərkəzi küçələrində dezinfeksiya işləri aparılacaq Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib
Sağlamlıq
188
9 Aprel , 2021 15:32
Sabah şəhərin mərkəzi küçələrində dezinfeksiya işləri aparılacaq

Sabah - aprelin 10-u səhər saatlarından etibarən paytaxt üzrə iməclik və şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Son xəbərlər

Orphus sistemi