Rusiyanın quş əti istehsal müəssisəsinə qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb

Rusiyanın quş əti istehsal müəssisəsinə qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyadan idxal olunan “Ставропольский Бройлер” MMC-nin “Благодарненский” ət və quşçuluq kombinatına məxsus quş əti məhsulunda aşkarlanmış (salmonella <25 qr) uyğunsuzluqla bağlı müvəqqəti məhdudiyyəti ar
Sağlamlıq
25 Sentyabr , 2023 13:06
Rusiyanın quş əti istehsal müəssisəsinə qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyadan idxal olunan “Ставропольский Бройлер” MMC-nin “Благодарненский” ət və quşçuluq kombinatına məxsus quş əti məhsulunda aşkarlanmış (salmonella <25 qr) uyğunsuzluqla bağlı müvəqqəti məhdudiyyəti aradan qaldırıb.

Bu barədə "Report"a AQTA-dan məlumat verilib.

Agentliyin müvafiq bildirişi əsasında Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri və laborator müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırma tədbirləri və epizooloji monitorinqlərlə bağlı AQTA-ya ətraflı məlumat verilib.

Rusiya tərəfindən baytarlıq norma və tələblərinə, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanət verilməsi, o cümlədən iki qurum arasında sıx əməkdaşlıq əlaqələri nəzərə alınaraq sözügedən istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

AQTA-nın qərarı ilə bağlı “Rosselxoznadzor”a müvafiq bildiriş göndərilib.

Son xəbərlər

Orphus sistemi