RİİB və Milli Onkologiya Mərkəzi xərçəng xəstəliyi ilə bağlı maarifləndirmə aksiyası keçirib

RİİB və Milli Onkologiya Mərkəzi xərçəng xəstəliyi ilə bağlı maarifləndirmə aksiyası keçirib Məqsəd dünyanın diqqətini xərçəng xəstəliyinə, onun aşkarlanması, müalicəsi və aradan qaldırılması yollarına çəkməkdir
Sağlamlıq
4 Fevral , 2018 17:09
RİİB və Milli Onkologiya Mərkəzi xərçəng xəstəliyi ilə bağlı maarifləndirmə aksiyası keçirib

Bakı. 4 fevral. REPORT.AZ/ Fevralın 4-də Dünya Xərçəng Günü ilə əlaqədar Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin təşkilatçlığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə Bakı və Gəncə şəhərlərində maarifləndirici aksiya keçirilib.

“Report” xəbər verir ki, dünyada geniş yayılmış xərçəng xəstəliyi ilə mübarizəyə həsr edilən bu beynəlxalq gün 2000-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UICC) tərəfindən təsis edilib.

Məqsəd dünyanın diqqətini xərçəng xəstəliyinə, onun aşkarlanması, müalicəsi və aradan qaldırılması yollarına çəkməkdir.

Maarifləndirmə tədbirləri Gəncə və Bakı şəhərlərində ticarət mərkəzlərinin ərazilərində və “ASAN xidmət” mərkəzlərində keçirilib.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri və “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin iştirak etdiyi aksiya zamanı ictimaiyyətə xərçəng xəstəliyi, onun profilaktikası, diaqnostikası və müalicəsi üzrə məlumatlar verilib, müxtəlif maarifləndirici nəşrlər paylanılıb. Eyni zamanda təcrübəli onkoloqlar vətəndaşların bu sahədə suallarını cavablandıraraq tövsiyələr veriblər.

Milli Onkologiya Mərkəzi ilə “Regional İnkişaf” İctimai Birliyi birgə regionlarda mütəmadi olaraq əhali arasında onkoloji müayinə və müalicələr təşkil edir, elmi-nəzəri konfranslar keçirir. 

Son xəbərlər

Orphus sistemi