Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edilib

Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edilib TƏBİB idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim vəzifəsinə Fərid Vahid oğlu Təqdirov təyin edilib.
Sağlamlıq
2025
31 Oktyabr , 2020 12:48
Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim təyin edilib

TƏBİB idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim vəzifəsinə Fərid Vahid oğlu Təqdirov təyin edilib.

Bu barədə Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Fərid Təqdirov 1996-2002-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almış, 2002-2003-cü illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə internatura keçib.

İlk əmək fəaliyyətinə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrah kimi başlamış, daha sonra Füzuli rayonu N-saylı Tibb Taborunda, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibbi Baş İdarəsinin Hospitalında və müxtəlif özəl tibb müəssisələrində neyrocərrah kimi fəaliyyət göstərib.

Son xəbərlər

Orphus sistemi