Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bulanıq su problemi ilə bağlı xəbərdarlıq edib

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bulanıq su problemi ilə bağlı xəbərdarlıq edib Ziyəddin Kazımov: "Problem su idarələrinin təmir işləri apardıqları zaman əraziyə sahə həkimlərini cəlb etməmələri səbəbindən yaranır"
Sağlamlıq
27 Avqust , 2015 17:21
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bulanıq su problemi ilə bağlı xəbərdarlıq edib

Bakı. 27 avqust. REPORT.AZ/ "Son vaxtlar Bakıdan və eyni zamanda respublikanın ayrı-ayrı rayonlarının ərazisindən götürdüyümüz içməli su nümunələrində apardığımız tədqiqatlar nəticəsində standartdan kənar faktlar aşkarlanmayıb". Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. 

Onun sözlərinə görə, suda bakterioloji çirklənmə olmasa da, bulanıqlıq problemi olur: "Götürdüyümüz sularda bulanıqlıq problemini aşkarlayırıq. Problem su idarələrinin təmir işləri apardıqları zaman həmin əraziyə sahə həkimlərini cəlb etməmələri səbəbindən yaranır. Təmir-təftiş işlərindən sonra təkrar su verilərkən həmin ərazidən su nümunəsi götürülüb müayinə olunmalıdır. Bu proses yerinə yetirilmədiyindən, baş vermiş qəzalar aradan qaldırıldıqdan sonra su birbaşa mənzillərə buraxılır. Bu zaman da suda bulanıqlıq yaranır".

Son xəbərlər

Orphus sistemi