Rəşad Mahmudov: “Yeni tibb müəssisələrinin istifadəyə verilməsi bütövlükdə ölkə səhiyyəsinin inkişafına töhfə verib”

Rəşad Mahmudov: “Yeni tibb müəssisələrinin istifadəyə verilməsi bütövlükdə ölkə səhiyyəsinin inkişafına töhfə verib” Görülən mühüm tədbirlər əhalinin yaşam keyfiyyətinin artırılmasına ciddi təsirini göstərib
Sağlamlıq
9 Dekabr , 2017 21:28
Rəşad Mahmudov: “Yeni tibb müəssisələrinin istifadəyə verilməsi bütövlükdə ölkə səhiyyəsinin inkişafına töhfə verib”

Bakı. 9 dekabr. REPORT.AZ/ Dekabrın 9-da Naxçıvan Muxtar Respublikasında Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Azərbaycan səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib.

“Report” xəbər verir ki, konfrans Səhiyyə Nazirliyinin dəstəyilə Bakı Ürək Mərkəzi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən təşkil olunub.

Konfransa sədrlik edən, millət vəkili Dr. Rəşad Mahmudov dövlət tərəfindən son illər Azərbaycan səhiyyəsinə diqqətin artırılması nəticəsində bir sıra uğurlara nail olunduğunu bildirib.

“Vətəndaşların sağlamlığının qorunması istiqamətində görülən mühüm tədbirlər əhalinin yaşam keyfiyyətinin artırılmasına ciddi təsirini göstərib. Həmçinin səhiyyənin modernləşdirilməsi, infrastrukturunun yenilənməsi, yeni tibb müəssisələrinin istifadəyə verilməsi və ən müasir avadanlıqlarla təchiz edilməsi, səhiyyənin informasiyalaşdırılması, bu sistemin dövrümüzün tələblərinə uyğunlaşdırılması bütövlükdə ölkə səhiyyəsinin inkişafına töhfə verib”.

Konfransda invaziv radioloq, ürək-damar cərrahı, döş qəfəsi cərrahı-uzmanı və neyrocərrahın məruzələri dinlənilib. Yerli səhiyyə ocaqlarının həkimlərinin iştirak etdiyi konfrans təqdimatlar ətrafında müzakirələr aparılması ilə yekunlaşıb.

Mütəmadi olaraq keçirilən elmi-praktik konfransların təşkilində məqsəd tibb ictimaiyyətini bir araya gətirməklə, ölkə səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətlərinin diqqətə çatdırılması və təcrübə mübadiləsinin aparılmasıdır.

Son xəbərlər

Orphus sistemi