Reanimasiyada və tənəffüs aparatında olan COVID-19 xəstələrinin sayı azalıb

Reanimasiyada və tənəffüs aparatında olan COVID-19 xəstələrinin sayı azalıb Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) avqustun 25-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.
Sağlamlıq
25 Avqust , 2020 16:31
Reanimasiyada və tənəffüs aparatında olan COVID-19 xəstələrinin sayı azalıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) avqustun 25-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

“Report” xəbər verir ki, hazırda xəstələrin 161-i reanimasiyadadır. 20 xəstə isə süni tənəffüs cihazına qoşulub. 

Ümumilikdə 1 848 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 35 559 nəfərə, sağalanların sayı 33 190 nəfərə, vəfat edənlərin sayı isə 521 nəfərə çatıb.

Xatırladaq ki, ötən gün - avqustun 24-də reanimasiyada olan xəstələrin 181, süni tənəffüs cihazına qoşulan xəstələrin sayı isə 21 nəfər idi.

Son xəbərlər

Orphus sistemi