Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlandı

Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlandı Azərbaycanda xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən koronavirus xəstələrinin sayı 267 nəfərdir.
Sağlamlıq
2912
1 Avqust , 2020 19:14
Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlandı

Azərbaycanda xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən koronavirus xəstələrinin sayı 267 nəfərdir.

“Report”un məlumatına görə, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, hazırda ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 64 nəfərdir.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, 5 229 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 283, ötən müddət ərzində isə ümumilikdə 723 236 test aparılıb.