Ramin Bayramlı: "Həftəsonu karantin günlərində ciddi neqativ hallar olmadı"

Ramin Bayramlı: "Həftəsonu karantin günlərində ciddi neqativ hallar olmadı" Yeni açılan üç modul tipli xəstəxana ilə çarpayı ehtiyatımız 600 yataq genişlənib.
Sağlamlıq
636
9 İyun , 2020 19:02
Ramin Bayramlı: Həftəsonu karantin günlərində ciddi neqativ hallar olmadı

"Yeni açılan üç modul tipli xəstəxana ilə çarpayı ehtiyatımız 600 yataq genişlənib".

“Report” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri bildirib ki, qadağa günlərində çox az halda narazılıq müşahidə olundu:

“Ciddi neqativ hallar olmadı. Müəyyən yerlərdə çörək satışı növbələrində problem yaşandı. Tullantı qablarında atılan çörəkləri gördük. Güman edirik ki, ilk qərar olduğundan təşviş oldu. Təcrübənin olduğunu düşünür və inanırıq ki, gələn dəfə üçün belə olmayacaq”.

Son xəbərlər

Orphus sistemi