Qusarda evini tərk edən koronavirus xəstəsi aşkarlanıb

Qusarda evini tərk edən koronavirus xəstəsi aşkarlanıb Qusarda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.
Sağlamlıq
261
26 Sentyabr , 2021 12:53
Qusarda evini tərk edən koronavirus xəstəsi aşkarlanıb

Qusarda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Qusar rayon sakini Ədalət Məmmədəliyevin COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Polis əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı ünvana geri qaytarılıb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi