Qusar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub

Qusar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsinə təyinat olub.
Sağlamlıq
26 Fevral , 2024 18:09
Qusar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub

Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsinə təyinat olub.

"Report"un Şimal bürosunun məlumatına görə, bu vəzifəni Bakı Sağlamlıq Mərkəzinin Cərrahiyyə şöbəsinin müdiri Kamil Hacıyev icra edəcək.

Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına 2023-cü il noyabr ayının 23-də direktor təyin edilən Pərviz Məhsimovla bağlanan müqaviləyə 3 ayın tamamında, fevral ayının 23-də xitam verilib.

Son xəbərlər

Orphus sistemi