Qurban bayramı günlərində fəaliyyət göstərən çadır tipli kəsim məntəqələrində işlər yekunlaşıb

Qurban bayramı günlərində fəaliyyət göstərən çadır tipli kəsim məntəqələrində işlər yekunlaşıb
Səhiyyə
15 Avqust , 2019 14:12
Qurban bayramı günlərində fəaliyyət göstərən çadır tipli kəsim məntəqələrində işlər yekunlaşıb

Qurban bayramı günlərində fəaliyyət göstərən çadır tipli kəsim məntəqələrində işlər yekunlaşıb. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Report"a verilən məlumata görə, məntəqələrin fəaliyyət göstərdiyi ərazilərə xüsusi texnikalar cəlb edilib və həmin qurğular vasitəsilə aidiyyəti qurumların əməkdaşları tərəfindən ərazi dezinfeksiya olunaraq təmizlənib. 

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları tərəfindən çadırların sökülərək ərazidən uzaqlaşdırılması və saxlanc ambarlarında yerləşdirilməsi təmin edilib.