Qoşqar Təhməzli: "Qida təhlükəsizliyini təmin etmək üçün 27 normativ hüquqi akt qəbul olunub"

Qoşqar Təhməzli: "Qida təhlükəsizliyini təmin etmək üçün 27 normativ hüquqi akt qəbul olunub" Bakı. 18 may. REPORT.AZ/ Bu ilin yanvar ayının 1-dən bu günə qədər qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri sahəsində qida təhlükəsizliyini həyata keçirmək məqsədi ilə 27 normativ hüquqi akt qəbul olunub.
Sağlamlıq
18 May , 2018 10:27
Qoşqar Təhməzli: Qida təhlükəsizliyini təmin etmək üçün 27 normativ hüquqi akt qəbul olunub
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ "Bu ilin yanvar ayının 1-dən bu günə qədər qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri sahəsində qida təhlükəsizliyini həyata keçirmək məqsədi ilə 27 normativ hüquqi akt qəbul olunub".

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli I Bakı Beynəlxalq Qida Təhlükəsizliyi konfransında deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq fərmanlar imzalanaraq iyulun 1-dən agentliyin tam fəaliyyətə başlaması üçün hüquqi baza yaradılıb.

Q.Təhməzli bildirib ki, qida təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi prioritet vəzifələrdən biridir. 

Son xəbərlər

Orphus sistemi